Bakıya Türkiyədən alınan yeni avtobusların gətirilməsinə başlanılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin rəsmisi oktyabrın 29-da Report-a bildirib.
Onun sözlərinə görə, ötən il dekabrın 10-da Azərbaycan və Türkiyə arasında 320 ədəd avtobusun alınması ilə bağlı müqavilə imzalanıb. Həmin avtobusların 150 ədədi 12 metrlik, 170 ədədi isə 9 metrlik avtobuslardır. Gətirilən avtobuslar hələ ki, xəttə buraxılmayıb.