Bakıda Nizami rayonunun Heydər Əliyev prospektində 10 sentyabr tarixində Yol Patrul Xidmətinin “BMW” markalı avtomobili 71 yaşlı qadını vurub. Yaralı yol polis serjantı tərəfindən 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da aldığı xəsarətlərdən yolda keçinib. Hadisə barədə APA məlumat verib.
Qadın sürət həddi saatda 90 kilometr müəyyən edilmiş prospektdə piyada üçün ayrılmayan hissədən keçərkən vurulub.
Faktla bağlı cinayət işi başlanılıb.
Azərbaycanda ötən 8 ay ərzində baş verən yol qəzalarının 41%-ni piyadaların vurulması təşkil edib. Nəticədə 190 nəfər həlak olub. Bakı şəhəri üzrə yol qəzaları 80 nəfərin həyatına son qoyub.