Bakı şəhər sakini “Azintes” MMC-yə məxsus alüminium zavodundan 20 min manatlıq laboratoriya avadanlıqlarının oğurlanmasına görə saxlanılıb. Bu barədə noyabrın 15-də DİN məlumat verib.
Məlumata əsasən, şübhəli bilinən şəxs əvvəllər də oğurluğa görə məhkum olunub.
Faktla bağlı araşdırma davam edir.