Bugün, oktyabrın 9-da 15:00-da Bakı Zooloji Parkı qapılarını ziyarətçilər üçün açıb. Parkın ilk ziyarətçiləri şəhid ailələrindən və internat evlərindən olan 450 nəfərə yaxın uşaq olub.
Zooparkın kassaları hər gün saat 10-dan axşam 17:30-a kimi fəaliyyət göstərəcək. Biletlərin qiyməti böyüklər üçün 5 manat, uşaqlar üçün 2 manat təşkil edir. Üç yaşa qədər uşaqlar və şəhid ailələri üçün giriş pulsuzdur.
Zoopark ərazisində yerləşən qapalı məkanlara giriş üçün COVID-19 pasportu tələb olunacaq.
[gallery size="full" columns="1" ids="9481,9482,9483,9484,9486,9487,9488"]