Bakcell şəbəkəsi “Ookla” tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb.
68 mindən çox istifadəçinin iştirak etdiyi testin nəticəsinə görə, bu ilin birinci və ikinci rübü ərzində Bakcell-in mobil şəbəkəsi ən yüksək yükləmə və ötürmə sürəti nümayiş etdirib.
“Ookla” şirkəti mobil şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideridir.