Bakıda avtomobil 10 yaşlı uşağı vuraraq xəsarət yetirib. Bu barədə aprelin 29-da Report məlumat yayıb.
Hadisə Binəqədi rayonunda qeydə alınıb. İkinci mədən küçəsində 2012-ci il təvəllüdlü qız yaşadıqları evin yanında yolu keçərkən avtomobil onu vurub.
Ona sağ topuğun sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Daha bir qəza Bakının Xətai rayonunda qeydə alınıb. 23 yaşlı gənc yol qəzasında xəsarət alıb. 1999-cu il təvəllüdlü Əliyev Nahid idarə etdiyi motosikletdə hərəkətdə olarkən avtomobillə toqquşub.