Bir neçə gün ərzində Bakıda keçirilmiş reyd zamanı 1 870 obyektdən 807-sində maye qaz balonlarından istifadə halları aşkarlanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi aprelin 26-da xəbər paylaşıb.
Həmçinin 211 obyektdə qaz təsərrüfatına qanunsuz qoşulma qeydə alınıb.
Reyd nəticəsində qaz balonları obyektlərdən kənarlaşdırılıb. Qaz xəttinə qanunsuz qoşulma halları da aradan qaldırılıb.
Lakin reyd keçirilmiş bəzi obyektlərdə bir neçə gün sonra aparılan təkrar yoxlama zamanı eyni qanun pozuntusu aşkar olunub.