Bakı-Ağstafa-Bakı marşrutu üzrə 9-10 sentyabr tarixlərinə hər iki istiqamət üzrə əlavə reyslər təyin edilib. Bu barədə İnsanoid bu gün, 7 sentyabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
Qatar 08-25-də Bakıdan Ağstafa istiqamətində, 17:10-da isə əks-istiqamətdə yola düşəcək.
Eyni zamanda Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür.