Bakı Dövlət Universitetində Kitab Evi açılıb. Bu barədə 28 aprel tarixində Universitetin saytında məlumat verilib.
Açılış mərasimində iştirak edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Kitab Evində dərs kitabları ilə yanaşı, bədii, elmi, siyasi ədəbiyyat, zəfərlə bağlı kitablar əldə etmək mümkündür.
“Gələcəkdə həmin vəsaitlərə tələbələrin planşetlərdə istifadə edə bilməsi üçün onların elektron versiyaları da əlavə olunacaq”, - deyə rektor əlavə edib.
Onun sözlərinə görə, gələcəkdə Kitab Evinin qarşısında günəş batareyaları və digər texnoloji qurğular yerləşdiriləcək.
[URIS id=44985]