Aprelin 22-də günorta saatlarında Bakının Nərimanov rayonunda Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov nişanlısını qətlə yetirib, özü isə daha sonra intihar edib. Bu barədə Report Daxili İşlər Nazirliyinin rəsmisi Zeyni Hüseynova istinadən məlumat verib.
Hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı “qəsdən adam öldürmə” və “özünü öldürmə həddinə çatdırma” maddələrilə cinayət işi başlanılıb.
Cari ay ərzində Qusar və Zaqatalada da oxşar hadisələr baş verib. Qusarda 40 yaşlı kişi öncə həyat yoldaşını bıçaqlayaraq öldürüb, sonra isə özünü asıb. Zaqatala sakini isə şəxsi münasibətlər zəminində kəsici alətlə həyat yoldaşının boğazını kəsib. Daha sonra o, həmin alətlə öz boğazını kəsərək intihar edib.