Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda əsaslı təmir-bərpa işlərinə başlanılır. Bu barədə 29 aprel tarixində Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Məlumata əsasən, təmir-bərpa işləri magistral yolun 88-ci kilometrindən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq. Bildirilib ki, təmir işləri hissə-hissə həyata keçiriləcək.
Həmçinin qeyd olunub ki, işlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Lakin həmin müddətdə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin olunacaq.