Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi davam etdirilir. Bu barədə aprelin 26-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Yolun ümumi uzunluğu 150 kilometr təşkil edir. Magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik hissəsi üzrə tikinti işləri sona çatdırılıb.
Magistral yol boyu 55 yol ötürücüsü və körpü, 44 yolaltı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü boru inşa ediləcək.
Tikinti işlərinin 2023-cü ilin əvvəlinədək yekunlaşdırılması planlaşdırılır. “Yeni magistral avtomobil yolu bölgədə turizmin inkişafına təkan verəcək, ölkənin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq”, - deyə Agentlikdən əlavə edilib.