Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər həlak olub. Bu barədə 3 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, hadisə yolun 17-ci kilometrliyində baş verib. Belə ki, "Toyota Prius" markalı avtomobil "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin 1989-cu il təvəllüdlü sürücüsü ölüb. 2001-ci il təvəllüdlü sərnişin isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər.