Aprelin 26-da satışa çıxarılan Bakı-Şuşa istiqaməti üzrə biletlərin hamısı ilk 3-4 saat ərzində satılıb. Bu haqda aprelin 27-də Dövlət Avtomobil Nəqliyyatı Xidməti xəbər paylaşıb.
Ümumilikdə bu marşrut üzrə 564 bilet vətəndaşlar tərəfindən alınıb.
Həmçinin may ayından etibarən Bakıdan Şuşaya reyslər həftədə 4 dəfə həyata keçiriləcək.
İşğaldan azad edilmiş ərazilərə biletləri “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn qaydada almaq olar.
Yanvarın 24-dən bu günədək ümumilikdə 5 084 nəfər müntəzəm avtobus marşrutları ilə Şuşa və Ağdam şəhərlərini ziyarət edib.