Bakı və Abşeron sakinləri narkotiklə tutulublar. Bu barədə aprelin 22-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Paytaxt sakini Rafael Allahverdiyev və Abşeron sakini Mərahim İbrahimov Yardımlı rayonunun Arus kəndində saxlanılıblar. Onlardan 1 kiloqrama yaxın metamfetamin, 1 kiloqram marixuana və 970 ədəd narkotik tərkibli həb aşkarlanıb.
Saxlanılan şəxslərin narkotikləri xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.