Bakıda və Sumqayıtda çoxmənzilli binalarda su sayğaclarının yenilənməsi istiqamətində işlər görülür. Report xəbər verir ki, bunu aprelin 28-də "Azərsu" ASC-nin rəsmisi Cabbar Cabbarlı deyib.
Onun sözlərinə görə, paytaxtın Xətai rayonunda çoxmənzilli binaların 70%-də, Nizami rayonunda 80%-dən çoxunda bu işlər aparılıb.