Bakı şəhəri, Qaradağ rayonu ərazisində, “Lökbatan” dairəsində sərnişin avtobusunda yanğın baş verib. Bu barədə 19 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın 164 saylı marşrut xətti ilə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusunda baş verib.
“Hadisə nəticəsində avtobusun salon hissəsi qismən və arxa sol təkərləri yanıb. Avtobusun böyük hissəsi yanğından mühafizə olunub", - deyə məlumatda bildirilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.