Aprelin 30-u saat 08:00-dan mayın 1-i saat 20:00-dək Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar yolun Sahib Zeynalov küçəsindən İzzət Həmidov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq.
Bu barədə Report-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Həmin ərazidə fəaliyyət göstərən 4, 85 və 88 nömrəli müntəzəm marşrutların hərəkət sxemində müvafiq dəyişikliklər olunacaq. Onların fəaliyyətləri alternativ küçələrlə təşkil ediləcək.