Bakını Nərimanov rayonu ərazisində 78 yaşlı qadın itkin düşüb.
Bu barədə İnsanoid.com sosial şəbəkələrdə yayılan məlumata əsasən xəbər verir.
1947-ci il təvəllüdlü Taisiya Mixaylovna Qordeyeva ötən gün Əhməd Rəcəbli küçəsi, 184 ünvanında yerləşən “Omid” mağazasından çıxaraq itkin düşüb.
Qeyd olunur ki, ahıl qadın demensiyadan əziyyət çəkir.
Qadını görən şəxslərdən Daxili İşlər Nazirliyinin 102 nömrəsinə və ya (050) 322-42-25 zəng etmələri xahiş olunur.