Bakıda anasını öldürməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə aprelin 25-də Report xəbər paylaşıb.
Aprelin 20-də paytaxtın Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında oğul 37 yaşlı anasını bıçaqla qətlə yetirib. Hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb. Əməli törədən gənc saxlanılıb.