Bakıda həyat yoldaşını öldürən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cəzası azaldılıb. Bu barədə aprelin 29-da Report məlumat yayıb.
Onun vəkili bildirib ki, F. Əhmədovun cəzası 10 ildən 7 ilə endirilib.
Qeyd edək ki, hadisə 2021-ci ilin 30 mayında “Ləhiş bağları” adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, F. Əhmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı P. Əhmədovanı öldürüb.