Bakıda Beynəlxalq Caz Günü çərçivəsində Azərbaycan cazmenlərinin iştirakı ilə tədbirlər silsiləsi keçiriləcək. Bu haqda aprelin 25-də Mədəniyyət Nazirliyi məlumat yayıb.
Tədbirlər 29 aprel - 2 may tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı və Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Qeyd edək ki, 2012-ci ildən etibarən caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü və UNESCO-nun təşkilatçılığı altında 30 aprel “Beynəlxalq Caz Günü” qeyd olunur. Keçirildiyi ilk ildən Azərbaycan ümumdünya caz hadisəsinə qoşulub və 2012-ci, 2015-ci illərdə bu beynəlxalq caz forumunda iştirak edib.