Bakıda növbəti söküntü hadisəsi sakinlərin kəskin etirazına səbəb olub.
İnsanoid.com xəbər verir ki, iddiaya görə, Bakının Yasamal rayonu, 1-ci Alatava qəsəbəsində sakinlərə xəbərdarlıq edilmədən söküntü işlərinə start verilib. Sakinlərin sözlərinə görə, onlar evdə olduqları halda söküntü işləri başlayıb. Etirazlara baxmayaraq, söküntü işlərini aparan işçilər buna məhəl qoymayıblar.
İddialara əsasən, söküntünü “Melissa” tikinti şirkəti həyata keçirir.