Bakıda Niderlandın müstəmləkəsi olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir. Bu barədə İnsanoid Report-a istinadən xəbər verir.
Tədbir Bakı Təşəbbüs Qrupu və Boneyra İnsan Hüquqları Hərəkatı tərəfindən təşkil edilib.
Konfransda Bonayre xalqının nümayəndələri, müxtəlif ölkələrdən rəsmilər və ekspertlər iştirak edirlər. Məqsəd, Bonayre adasının BMT-nin dekolonizasiya siyahısına daxil edilməsi üçün beynəlxalq dəstək qazanmaqdır.