Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 27 aprel tarixində Report xəbər verib.
Məlumata əsasən, hadisə Sabunçu rayonunda qeydə alınıb. Bildirilib ki, iki avtomobilin toqquşması nəticəsində 1981-ci, 1990-cı və 1991-ci il təvəllüdlü şəxslər xəsarət alıblar.
Onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.