Bakıda azyaşlı binadan yıxılaraq dünyasını dəyişib. Bu haqda mayın 3-də APA məlumat yayıb.
İnsident Xətai rayonunun Məhəmməd Hadi küçəsində qeydə alınıb. 2020-ci il təvəllüdlü uşaq binanın 7-ci mərtəbəsindən yıxılıb. O, hadisə yerində həlak olub.
İddia edilir ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.