Bakıda avtomobil sürücüsü yol vermədiyi üçün moped sürücüsünə güc tətbiq edib. Bu haqda aprelin 25-də APA məlumat yayıb.
Hadisə ilə bağlı, həmçinin sosial şəbəkələrdə videogörüntülər yayılıb. Görüntülərdə “Lexus” avtomobilinin yolda mopedi sıxmağı əks olunub. Daha sonra sürücü avtomobildən düşərək digər şəxsə qarşı həm təhqiredici ifadələr işlədir, həm də xəsarət yetirir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb və ictimaiyyətə əlavə məlumat veriləcək.