Bakıda maşın velosipedçini vurub.
İnsanoid.com xəbər verir ki, hadisə ötən gün saat 18:00 radələrində Xəzər rayonunda baş verib.
Belə ki, İlkin Şəmsi oğlu Həsənli avtomobillə Pirallahı-Qala şosesində şəhər istiqamətində hərəkətdə olan velosipedçi Zaman Hüseyn oğlu Əmirovu vurub.
Zaman Əmirov aldığı xəsarətlərdən hadisə yerində ölüb.