Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə 1 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, 23 yaşlı gənc və 44 yaşlı anasının olduğu motosiklet avtomobillə toqquşub. Nəticədə motosikletin sürücüsü və sərnişini xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.