Qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olan şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu barədə aprelin 22-də Trend xəbər verib.
O, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qaradağ rayonunda saxlanılan şəxsin üzərindən 12 qram, onun idarə etdiyi avtomobildən isə 4 kiloqram heroin aşkarlanmışdır.
Təqsirli bilinən şəxs “külli miqdarda qanunsuz narkotik vasitələrin dövriyyəsi” maddəsilə ittiham olunub.