Bakıda yerləşən “Naxçıvan” hotelinin binası sökülməyə başlanılıb.
İnsanoid.com-un əməkdaşı hadisə yerində olub və söküntü prosesi zamanı təhlükəsizlik tədbirlərinə ciddi nəzarət olunmadığını müşahidə edib. Ərazidə heç bir xüsusi qoruyucu tədbir görülmədən iş aparılır və nəticədə ətraf mühitə böyük miqdarda toz və tullantı qalığı yayılır. Bu isə yaxınlıqda yaşayan sakinlərin və ərazidə hərəkət edən insanların narahatlığına səbəb olub.
Qeyd edək ki, söküntü işləri hotelin yerləşdiyi tikilinin istismar müddətinin başa çatması səbəbindən həyata keçirilir. “Naxçıvan” oteli Hyatt Regency kompleksinin tərkib hissəsi idi.
Sakinlər aidiyyəti qurumlardan məsələ ilə bağlı təcili tədbir görülməsini tələb edirlər.