Bakıda ofisdən 3 000 manat və 850 ABŞ dolları oğurlayan, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini saxlanılıb. Bu haqda aprelin 28-də APA məlumat yayıb.
Puldan əlavə, o, ofisdən şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabı da oğurlayıb.
Onun üzərindən heroin də aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.