Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir qadın xəsarət alıb. Bu barədə aprelin 30-da APA məlumat yayıb.
Hadisə metronun Həzi Aslanov stansiyasının yaxınlığında baş verib. 1956-ci il təvəllüdlü İ. Əhmədova İradə yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçib. Bu zaman onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya - reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.