Bakıda qəzalı binaların sayı 1000-ə yaxınlaşır. Report-un məlumatına görə, bunu aprelin 28-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
“Qəzalı binalar Bakının bütün ərazilərində var. Bunlar sovet dövrünün qalıqlarıdır”, - deyə icra başçısı bildirib.
Bu məsələni daha dərindən öyrənmək məqsədilə artıq komissiya yaradılıb.
Orta hesabla hər binada 100-200-ə qədər ailə məskunlaşır. Bu məsələ bu gün kəskin olaraq gündəlikdə durub.