Bakıda son 10 gündə narkotiklərin satışı ilə məşğul olan və üzərində silah saxlayan 14 nəfər saxlanılıb. Bu barədə aprelin 25-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmin şəxslərdən ümumilikdə 4 kiloqram narkotik və psixotrop maddə, “Naqan” markalı tapança və patronlar aşkar olunub.
Əməliyyatlar paytaxtın Nəsimi rayonunun “Kubinka”, “Papanin” və digər ərazilərində keçirilib. Saxlanılan şəxslərin narkotikləri xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə etdikləri müəyyən edilib.
Onlardan bəziləri yaşadıqları evlərdə narkotik istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər.
Sözügedən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.