Bakıda tanışını öldürən 34 yaşlı şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 17 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda aprelin 29-da Report məlumat paylaşıb.
Daha öncə Prokuror sözügedən şəxsə 19 il həbs cəzası istəyib.
Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək 36 yaşlı tanışını öldürüb.
Mərhumun cəsədi 2021-ci ilin iyunun 20-də Binəqədi rayonunda tapılıb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb.