Bakıda mayın 15-də “Yaponiya mədəniyyət festivalı 2022” keçiriləcək. Bu haqda həmin ölkənin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Tədbir “Yaponiya-Azərbaycan Dostluq İli 2022” çərçivəsində baş tutacaq. İctimaiyyət üçün açıq olacaq festival saat 13:00-19:00 aralığında “Landmark Baku” hotelində təşkil ediləcək.
Şənlikdə gündoğan ölkə ilə bağlı rəqslər, mahnı ifaları, kospley çıxışları və əl işləri nümayişi olacaq. Giriş ödənişsizdir.