Bu gün, aprelin 30-dan sərnişinlər “BakuBus” MMC-nin avtobuslarında pulsuz WiFi xidmətindən yararlana biləcəklər. Bu barədə “BakuBus” MMC-dən məlumat verilib.
Şirkətin istismarında olan 5 və 7A nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslar artıq pulsuz WiFi xidmətinə qoşulub.
Qeyd edilib ki, digər marşrut xətləri üzrə hərəkət edən avtobusların da pulsuz WiFi xidmətinə qoşulması nəzərdə tutulur.