Oktyabrın 4-də Bakıda dairəvi yolun Yeni Yasamal yaşayış massivi yaxınlığında 211 nömrəli BakuBus piyadanı vurub. Nəticədə xəsarət alan piyada yerindəcə dünyasını dəyişib. Hadisə barədə Apa məlumat verib.
Qəzaya səbəb 30-35 yaşlı kişinin yolun piyada üçün ayrılmayan hissəsinə qaçarkən avtobusun qarşısına çıxması olub. Sürücü vaxtında reaksiya verə bilməyərək onu vurub.
“Piyada ekspress yolunu yanlış yerdə keçib. Kişi, təəssüf ki, öldü, avtobusdakı sərnişinlərdən heç kim xəsarət almadı”, - deyə BNA-nın mətbuat katibi Mais Ağayev söyləyib.
Ötən 8 ay ərzində baş verən yol qəzalarının 41%-ni piyadaların vurulması təşkil edib. Bakı şəhəri üzrə yol qəzaları 80 nəfərin həyatına son qoyub.