Ötən il Azərbaycanda körpələrə qoyulan qəribə adlar məlum olub.
Aparılan maarifləndirmə və təbliğat işlərinə baxmayaraq, Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlara qəribə adlar qoymağa davam edirlər. Belə ki, ötən il Ayda, Əhmədov, Aydəs, Balış, Diliş, Dərdayıl, Doğru, Dəftər, Gil, Şərbala, Koroğlu və Həci adlarının hərəsi bir uşağa verilib.
Eyni zamanda, 2021-ci il ərzində iki uşağa Qəribə, iki uşağa Gilə və daha iki uşağa isə Dua adı qoyulub.
2021-ci ildə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar sırasında Əli və Zəhra üstünlük təşkil edib.