Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda aprelin 23-də APA xəbər verib.
Ticarət mərkəzindən çıxıb yolu keçən 53 yaşlı vətəndaşı minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.