Qalıqları tapılan mülki şəhid Təranə (Əsmayə) Davud qızı Zeynalovanın meyitinin qalıqları Bərdə rayonuna gətirilib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 15 avqust tarixində xəbər verir.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidin nəşi Bərdə rayonunda ailəsinə təhvil verilib.
Təranə (Əsmayə) Davud qızı Zeynalova 1970-ci il iyunun 1-də anadan olub. O, 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi istiqamətində (“Tunel” adlanan ərazi) itkin düşüb. T.Zeynalovanın qalıqları Laçın rayonunun Malbəyli kəndindəki məzarlıqda aşkar edilib.
T.Zeynalova Bərdə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.