Azərbaycanın Baş naziri Əli Əsədovun Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə aprelin 27-də görüşü baş tutub. Bu haqda Nazirlər Kabineti məlumat verib.
Görüşdə ölkələrarası siyasi, hərbi, ticari-iqtisadi, sərmayə qoyuluşu, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.