Baş prokuror Kamran Əliyev aprelin 28-də Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib. Bu haqda Baş Prokurorluq məlumat yayıb.
Qəbul Ağstafa Rayon Prokurorluğunun inzibati binasında keçirilib. 23 vətəndaşın müraciətində qaldırılan məsələlərin həll edilməsi üçün müvafiq göstərişlər verilib.