Baş prokuror Kamran Əliyev aprelin 21-də Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib. Bu haqda Baş Prokurorluq məlumat yayıb.
Füzulidə keçirilən görüşdə 35 vətəndaşın müraciətində qaldırılan məsələlərin həll edilməsi üçün müvafiq göstərişlər verilib.