Lənkəranda ağacların qanunsuz kəsilməsi ilə bağlı yoxlama aparılıb. Bu barədə aprelin 26-da Baş Prokurorluq məlumat verib.
Rayonun Bəliton kəndində yerləşən 8 saylı dolayda 1 ağacın kökünün kəsilməsi və 3 ağacın kökünün kəmərlənərək zədələnməsi nəticəsində 260 manat məbləğində zərər dəyib.
Faktla bağlı “meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi” maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb.