Bakının Səbail rayonu, Bayıl qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb. Bu barədə 7 yanvar tarixində Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın zamanı qamışlıq və məişət tullantıları yanıb.
***
15:29
Paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində yanğın başlayıb. Bu barədə yanvarın 7-də Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
İlkin məlumata əsasən, açıq ərazidə 250 m² sahədə qamışlıq və məişət tullantıları yanır.