Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalından regionlara 27 min sərnişin daşınıb. Bu barədə yanvarın 5-də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi bildirib.
Gün ərzində 4-6 min sərnişin rayonlara üz tutub. Adi günlərdə bu rəqəm 3-4 min olur. Əsas istiqamət isə Gəncə şəhəri olub.