Bayram günlərində Bakı-Sumqayıt qatarından ümumilikdə 21 400-dən çox sərnişin istifadə edib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC Report-a məlumat verib.
Məlumata görə, bayram günlərində Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun işləyib. Qeyri–iş günlərində Bakı-Sumqayıt qatarları ilə gün ərzində təqribən 3 500-5 000 arası sərnişin daşınıb.
Adi günlərdə Bakı-Sumqayıt qatarları ilə gün ərzində 14 000-16 000 arası sərnişin daşınır.