Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında Göygöl və Şahdağ milli parklarını daha çox turist ziyarət edib. Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.
Onun sözlərinə əsasən, bu, yüksək dağlıq ərazilərdə müşahidə olunan qarlı hava ilə bağlıdır.
“Vətəndaşlarımız və ölkəmizin qonaqları tətillərdə milli parkları ziyarət etməyə üstünlük verir. Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var”, - deyə Xidmət rəsmisi qeyd edib.
Tətil günlərində Azərbaycanın milli parklarına 1 884 turist səfər edib.
[URIS id=21201]